Azərbaycan millisinin futbolçusu “Fənərbağça”ya keçib

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Peritan Bozdağın yeni klubu bəlli olub.

SİA xəbər verir ki, 26 yaşlı oyunçu "Fənərbağça"ya keçib. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Peritan Bozdağ son olaraq "Fatih Vatan"da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə