Klublararası dünya çempionatına qatılan komandalar nə qədər qazanıblar...

“Çelsi”nin “PSG” üzərində 3:0 hesablı qələbəsi ilə başa çatan klublararası dünya çempionatında mübarizə aparan 32 komandanın bu mötəbər turnirdən nə qədər gəlir əldə etdikləri açıqlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, turnirin finalçılarının hər biri 100 milyon dollardan çox gəlir əldə edib. “Çelsi” dörd həftə ərzində 114 milyon 535 min dollar, “PSG” isə 106 milyon 835 min dollar qazanc götürüb.

Yarımfinalda mübarizə aparmış digər komandalar - “Real Madrid” 82,44, “Fluminense” isə 60,84 milyon dollar qazanıb.

Çempionatda ən az məbləği sonuncu yeri tutan Yeni Zelandiyanın “Aukland Sity” komandası əldə edib. Bu komandanın gəliri 4,58 milyon dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə