Modriçin "Milan"la müqavilə imzalayacağı tarix bəlli olub

Modriçin "Milan"la müqavilə imzalayacağı tarix bəlli olub

Xorvatiyalı futbolçu Luka Modriçin İtaliya təmsilçisi "Milan"la müqavilə imzalayacağı tarix bəlli olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu, iyulun 14-də baş tutacaq.

39 yaşlı yarımmüdafiəçi həmin gün ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən İspaniyanın "Real" klubunda çıxış edib. O, 2024/2025 mövsümündə komandada 62 oyuna 4 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə