Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, komanda son olaraq Serbiyanın “Radniçki” klubunda çıxış etmiş Aleksa Yankoviç ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı cinah oyunçusu yeni komandasından “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Serbiya “Partizan”ının yetirməsi olan Aleksa Yankoviç həmin ölkənin “Vojdovats” və “Çukariçki” kimi klublarının da uğurları üçün çalışıb. Futbolçu Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə