"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasındakı rəqibi "Aris" (Yunanıstan) Finlandiya millisinin futbolçusu Frederik Yenseni transfer edib. SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə