“Tottenhem” Məhəmmədin transferini rəsmən elan edib

“Tottenhem” klubu “Vest Hem”in hücumçusu Məhəmməd Kudusun transferini rəsmən elan edib. SİA xəbər verir ki, 24 yaşlı qanalı futbolçu London təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb və yeni komandasında 20 nömrəli formanı geyinəcək. Britaniya mediasının məlumatına görə, transferin məbləği 55 milyon funt sterlinq (təxminən 64 milyon avro) təşkil edir. Kudus son iki mövsümü “Vest Hem”də keçirib. “Ayaks”dan keçdiyi bu dövrdə o, bütün turnirlərdə 80 oyuna çıxaraq 19 qol vurub. Qana millisində isə 42 matçda 12 dəfə fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə