2025/2026-cı illər mövsümü üçün heyət çalışmalarına start verən “Sumqayıt” komandası ilk futbolçu keçidini reallaşdırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, portuqaliyalı oyunçu Pedro Pinto ilə 1+1 illik müqavilə imzalanıb. 30 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində “14” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, son klubu Anqolanın “Petro Luanda” olan Pedro Pinto karyerası ərzində ölkəsində “Vitoria Setubal”, “Arouka” kimi komandaların da şərəfini qoruyub.
Bütün xəbərlər Facebook səhifəmizdə