"Turan Tovuz" yeni futbolçu transfer edib

"Turan Tovuz" heyətinə yeni futbolçu cəlb edib.

SİA xəbər verir ki, “Sabah”a məxsus olan müdafiəçi Abdulla Rzayev icarə əsasında Tovuz təmsilçisinin şərəfini qoruyacaq.

“Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə