İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib - FOTOLAR
İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib. Bu barədə SİA-ya Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və “Taekwondowon” İdman Kompleksi tərəfindən Cənubi Koreyanın Muju şəhərində 2-10 iyul tarixlərində təşkil edilən beynəlxalq təlim-məşq toplanışına yekun vurulub.
Azərbaycanın paralimpiya çempionu Taekvondo Təbliğat Fondu tərəfindən təlim-təşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib və ona iştirak sertifikatı ilə yanaşı, xüsusi xatirə hədiyyəsi təqdim olunub.
Toplanışı başa vuran digər parataekvondoçularımız Sabir Zeynalov və Orxan Cəfərova da müvafiq olaraq iştirak sertifikatı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə