“Sabah” UEFA Avropa Liqasında ilk matçına çıxacaq

“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsində bu gün ilk matçına çıxacaq. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi Sloveniyanın “Sele” klubu ilə üz-üzə gələcək.

“Bank Respublika Arena”da keçiriləcək və qazaxıstanlı referi Daniyar Saxinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

10 iyul

20:00. “Sabah” - “Sele” (Sloveniya)

Baş hakim: Daniyar Saxi (Qazaxıstan).

“Bank Respublika Arena”

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 17-də Sloveniyada keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə