“Napoli”nin əsas transfer hədəfi müəyyənləşdi

"Napoli” “Liverpul”un və Uruqvay yığmasının hücumçusu Darvin Nunyesin transferinə ciddi maraq göstərir. SİA xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

26 yaşlı futbolçu hazırda A Seriyasının son çempionu üçün əsas transfer hədəfi olaraq qalır. Nunyesin özü də bu yay “Napoli”yə keçməyə maraqlıdır.

Transferin baş tutması nisbətən “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhenin “Qalatasaray”a satışından sonra reallaşacaq. Uruqvaylının A Seriyası klubuna keçidi 50 milyon avrodan baha başa gələ bilər. “Transfermarkt” platforması Darvin Nunyesin dəyərini 45 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, ötən mövsüm o, “Liverpul”un heyətində 47 oyuna çıxıb, 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Liverpul” 2022-ci ilin yayında onu “Benfika”dan 85 milyon avroya transfer etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə