Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu

İtaliyalı məşqçi 386 min avro cərimə də ödəməli olacaq...

SİA-nın məlumatına görə, EFE xəbər verir ki, "Real Madrid"in keçmiş baş məşqçisi Karlo Ançelotti vergidən yayındığı üçün bir il müddətinə azadlıqdan məhrum edilib.

Nəşrin məlumatına görə, buna səbəb onun 2014 və 2015-ci illərdə “Real”da çalışarkən imic hüquqlarından istifadədən əldə etdiyi gəlirin gizlədilməsi olub.

Nəşr qeyd edib ki, italiyalı mütəxəssisdən 386 min avro məbləğində cərimə tələb olunur.

Prokurorluq 1,062 milyon avro məbləğində vergi dələduzluğu ittihamı irəli sürüb: 2014-cü il üçün 386 min avrodan çox və 2015-ci il üçün 675 min avrodan çox...

66 yaşlı italyan 2015-ci ildə törətdiyi iddia edilən başqa bir vergi cinayətinə görə bəraət qazandı ki, bu da onun “Real Madrid”də işlədiyi müddətdə imic hüquqlarına aid idi. İspaniya qanunlarına görə, iki ildən az müddətə azadlıqdan məhrum etmə cəzası zorakılıq olmayan cinayətə görə ilk hökmdürsə, o şərti cəza və ya cərimə ilə əvəz edilə bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə