“Zirə” bu gün növbəti yoxlama matçını keçirəcək

Növbəti mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Zirə” bu gün növbəti yoxlama matçını keçirəcək. SİA xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Ankara Keçiörengücü” ilə qarşılşacaq.

Fanatik Tur Meydançalarında baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:45-də start götürəcək.

Qeyd edək ki, "Zirə" daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə