“Qalatasaray” Osimhen ilə razılığa gəldi

“Qalatasaray” Osimhen ilə razılığa gəldi

“Qalatasaray” klubu nigeriyalı hücumçu Viktor Osimhenin transferi üçün "Napoli" ilə danışıqları davam etdirir. SİA xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı futbolçu ilə artıq “3+1” illik müqavilə barədə razılığa gəlib. Hazırda əsas diqqət Neapol klubunu razı salmağa yönəlib.

İtaliya klubu Osimhenin müqaviləsindəki 75 milyon avroluq sərbəstqalma şərtini tələb edir. Qalatasaray əvvəlcə bu məbləği 5 hissədə 50 və 60 milyon avro olmaqla ödəməyi təklif etsə də, “Napoli” prezidenti Aurelio De Laurentis 75 milyon üçün israr edir.

Türkiyə mətbuatına görə, “sarı-qırmızılar” son olaraq 75 milyon avronu 4 ilə 5 mərhələdə ödəməyi təklif edib. Klub rəsmilərinin bu gün bir araya gəlib görüşəcəyi və transferin yaxın zamanda yekunlaşa biləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə