Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Araz-Naxçıvan" futzal komandasının oyunlarının təqvimi açıqlanıb. SİA Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirin ilkin mərhələsində iştirak edəcək Naxçıvan təmsilçisi ilk matçını Şimali İrlandiyanın "Sparta" klubuna qarşı keçirəcək.
UEFA Çempionlar Liqası
İlkin mərhələ
F qrupu
27 avqust
19:00. "Araz-Naxçıvan" – "Sparta" (Şimali İrlandiya)
28 avqust
19:00. PYF (Şotlandiya) – "Araz-Naxçıvan"
30 avqust
21:30. "Ljuti" (Avstriya) – "Araz-Naxçıvan"
Qeyd edək ki, bu qrupun oyunları Avstriyanın Linz şəhərindəki NMS İdman Sarayında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə