“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı potensial rəqibləri Dublində qarşılaşacaqlar
“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri “Şelburn” (İrlandiya) və “Linfild” (Şimali İrlandiya) bu gün Dublində qarşılaşacaqlar. SİA-nın məlumatına görə, Böyük Britaniya təmsilçiləri I təsnifat mərhələsində ilk matçlarını keçirəcəklər.
Qarşılaşma İrlandiyanın paytaxtı Dublindəki “Tolka Park” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə