PSJ bu gün yarımfinalda "Real"la üz-üzə gələcək

ABŞ-də keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsinin ikinci oyunu bu gün keçiriləcək. SİA xəbər verir ki, UEFA Çempionlar Liqasının son qalibi Fransanın PSJ klubu İspaniya təmsilçisi "Real"la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qalib komanda finalda İngiltərənin "Çelsi" kollektivi ilə görüşəcək.

Qeyd edək ki, final matçı iyulun 13-də, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə