FİFA-nın İntizam Komitəsi PSJ-nin iki futbolçusunu cəzalandırıb. SİA xəbər verir ki, Uilyam Paço və Lukas Ernandes diskvalifikasiya ediliblər. Ətraflı Klublararası dünya çempionatının 1/4 finalında “Bavariya” ilə oyunda (2:0) qırmızı vərəqə alan futbolçular iki oyunluq cəzalanıblar. Bu isə o deməkdir ki, sözügedən oyunçular PSJ-nin bu gün “Real”la keçiriləcək yarımfinal matçını və komanda finala çıxsa, həlledici görüşü buraxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə