"Kəpəz" kapitanı ilə yollarını ayırıb

"Kəpəz" kapitanı ilə yollarını ayırıb

"Kəpəz" kapitanı Yeqor Xvalko ilə vidalaşıb. SİA xəbər verir ki, belaruslu müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, Y.Xvalko son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. 28 yaşlı oyunçu Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 95 çempionat matçında 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə