"Sabah"ın Sloveniya klubu ilə matçlarının hakimləri müəyyənləşib

UEFA Avropa Liqasının ilk təsnifat mərhələsində baş tutacaq "Sabah" - "Sele" (Sloveniya) matçlarının hakimləri müəyyənləşib. SİA xəbər verir ki, Bakıdakı qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Daniyar Saxi olacaq. Ona Samat Terqeussizov və Sergey Klaçyov kömək edəcək. Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək. VAR hakimi fransalı Bastyen Deçepi, VAR köməkçisi qazaxıstanlı Aidin Tassabayev olacaq.

Sloveniyadakı matçda isə bolqarıstanlı hakimlər iş başında olacaq. Qarşılaşmanı Draqomir Draqanov idarə edəcək. Ona Xristo Hacıyiski və Krasimir Atanasov yardım edəcək. Dördüncü hakim funksiyasını Martin Zivkov Velikov yerinə yetirəcək. VAR hakimi Vasimir El-Hatib, VAR köməkçisi isə Volen Çinkov olacaq.

Qeyd edək ki, "Sabah" “Sele”yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək. İlk görüş Bakı vaxtı ilə saat 20:00-da, cavab qarşılşaması isə 22:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə