Premyer Liqada yayımla bağlı mühüm dəyişikliklər olacaq

İngiltərə Premyer Liqası 2025/2026 mövsümündə oyunların yayımında dəyişiklik etmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Mənbənin sözlərinə görə, ilk dəfə olaraq, əvəzedici futbolçulardan müsahibə götürüləcək. Bundan əlavə, qol qeyd etmələrini yaxından çəkmək üçün meydançada kameralar görünəcək. Kamera operatorlarının komandaların paltardəyişmə otaqlarına da girişi olacaq. Müəyyən məhdudiyyətlərin tətbiq ediləcəyi vurğulanır. Xüsusilə, məşqçinin futbolçularla ünsiyyətini lentə alarkən. Kamera operatorları qol vurulduqdan sonra meydana daxil ola biləcəklər, ancaq bir neçə saniyə. Onların matçın digər vaxtlarında meydançaya çıxmasına icazə verilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə