Türkiyə Futbol Federasiyası (TFF) A milli komandanın baş məşqçisi Vinçentso Montella ilə müqavilənin müddətini uzadacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, artıq tərəflər arasında yeni sözləşmə ilə bağlı razılıq əldə olunub. Anlaşmanın müddəti və digər detalları barədə məlumat verilməyib.
İmzalanma mərasimi iyunun 30-da federasiya prezidenti İbrahim Hacıosmanoğlu və baş məşqçinin iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, Vinçentso Montella 2023-cü ilin sentyabr ayından Türkiyə millisinə başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə