"Sabah" Qvadelupa yığmasının futbolçusunu transfer edib

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən məlumat verilib.

"Bayquşlar" Stiv Solvetlə 2 illik müqavilə bağlayıb.

O, karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qvadelupa yığmasının üzvü olan Stiv Solvet millidə 13 oyunda 2 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə