"Sabah" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. SİA xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub Anatoli Nuriyevlə yeni müqavilə bağlayıb. Anlaşmaya əsasən, 29 yaşlı oyunçu daha bir il "Sabah"ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü olan oyunçu 2022-ci ildən bakılıların heyətində çıxış edir. O, bu müddət ərzində komandada 105 oyun keçirib və 12 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə