Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi bəlli olub

Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi bəlli olub

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" klubunun Almaniya Kubokunda rəqibi bəlli olub. SİA-nın məlumatına görə, komanda turnirin I raundunda "RSV Aytraxt 1949" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma avqustun 17-də təşkil olunacaq.

Qeyd edək ki, Mahir Emreli ötən gün "Kayzerslautern" ilə 3 illik müqavilə bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə