Cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan milli komandası Almaniyanın paytaxtı Berlində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. SİA xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı baş tutan toplanışda cüdoçularımıza gənc oğlanlardan yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Praqa Avropa Kuboku və Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə