"Qarabağ"ın üzvləri Şuşada sakinlərlə görüşüblər - FOTOLAR

"Qarabağ"ın rəhbərliyi, baş məşqçisi Qurban Qurbanov və futbolçuları Şuşada sakinlərlə görüşüblər. SİA xəbər verir ki, Şuşa şəhəri 1 saylı tam orta məktəbdə reallaşan görüşdə komanda alqışlarla qarşılanıb. Həm Qurban Qurbanov, həm də futbolçular sakinlərlə səmimi söhbət edib, şəkil çəkdiriblər.

Sonra məktəbin minifutbol meydançasında futbolçular topla müxtəlif hərəkətlər nümayiş etdiriblər.

Qeyd edək ki, "Qarabağ"ın üzvləri bu gün, həmçinin Xankəndi, Ağdam və Füzulidə də analoji görüşlər keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə