Azərbaycan idmançısı Bakıda keçirilən padel tennisi üzrə beynəlxalq turnirdə üçüncü olub

Padel tennisi üzrə “Crocus Fitness Sea Breeze International Padel Cup” seriyasından ilk turnirə yekun vurulub. Bu barədə SİA-ya Azərbaycan Tennis Federasiyasının (ATF) mətbuat xidmətindən məlumat verilib.

Yarış ATF və Azərbaycan Padel Federasiyasının təşkilatçılığı ilə gerçəkləşib.

Beynəlxalq yarışda bütün mükafatçılar müəyyənləşib. İtaliyadan olan Rikkardo Sinikropi-Culio Qraziotti cütü çempion olub. İspaniyalı idmançılardan Adrian Rodrigeslə Hektor Vaskes ikinci yerdə qərarlaşıblar. Azərbaycan tennisçisi Rəsul Qocayev sudanlı Əli Əhmədlə duetdə üçüncü olublar.

Padel idmanının Azərbaycanda daha da inkişafına hesablanan yarışda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, İspaniya, Sudan, Yəmən və Portuqaliya idmançıları da iştirak ediblər.

Seriyanın ikinci turniri iyunun 24-dən 27-dək davam edəcək. Yarışın əsas məqsədi Azərbaycanda padel idman növünün təbliğatı və beynəlxalq səviyyədə tanınmasıdır

Bütün xəbərlər Facebook səhifəmizdə