Messi sabiq komandasına rəqib oldu

Klublararası dünya çempionatının 1/8 final mərhələsinin ilk cütləri müəyyənləşib. SİA xəbər verir ki, "İnter Mayami" ulduz futbolçu Lionel Messinin sabiq klubu PSJ ilə qarşılaşacaq. Qarşılaşma iyunun 30-da baş tutacaq.

1/8 finalın digər cütlüyündə isə "Botafoqo" və "Palmeyras" komandaları qarşılaşacaq.

Qeyd edək ki, Messi 2021-2023-cü illərdə Fransa nəhənginin formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə