"Qalatasaray"dan ayrılan ulduzdan gözlənilməz qərar

"Napoli" və "Qalatasaray"ın keçmiş hücumçusu Dris Mertens futbolçu karyerasını başa vurmaq qərarına gəlib. SİA xəbər verir ki, bu barədə insayder Nikolo Şira sosial şəbəkədə məlumat yayıb.

O, aldığı çoxsaylı təkliflərə rəğmən yaşıl meydanlarla vidalaşmağı seçib.

38 yaşlı belçikalı futbolçu 2022-ci ildən bəri İstanbul klubunda çıxış edirdi. O, ötən mövsüm 52 oyunda 6 qol vurub və 21 qol ötürməsi edib.

"Napoli"nin heyətində Mertens iki dəfə İtaliya Kubokunu, bir dəfə isə ölkə Superkubokunu qazanıb. Belçika millisində isə 109 oyuna çıxaraq 21 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə