Azərbaycanlı yarımmüdafiəçi Nazim Məmmədzadə Polşanın "Flota" klubundan ayrılıb.
SIA xəbər verir ki, Məmmədzadə karyerasını Qırğızıstanda çempionatında davam etdirəcək.
24 yaşlı futbolçu "Alay" klubu ilə anlaşıb.
Qeyd edək ki, həmin komandada digər azərbaycanlılar İldar Ələkbərov, Ramin Əhmədov, Habil Nurəhmədov çıxış edir.
Qeyd edək ki, Nazim Məmmədzadə "Neftçi-2", "Renova"(Şimali Makedoniya), "Marino Luanko", "Moralo"(hər ikisi İspaniya), MOİK, "Qrobinya"(Latviya) klublarında oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə