Nazim Sadıxov: "Ölkəmdə məni məğlub etmək çox çətindir..."

“Ölkəmdə məni məğlub etmək çox çətindir”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri Bakıda keçirilən UFC turnirində braziliyalı Nikolas Mottaya qalib gələn Azərbaycan təmsilçisi Nazim Sadıxov deyib.

Döyüşçü rəqibinin yaxşı idmançı olduğunu bildirib: “Çalışırdı ki, qalib gəlsin. Lakin onda alınmadı. Mən Vətənimdə qələbə əldə etdim. Yaşasın, Azərbaycan!”.

Bütün xəbərlər Facebook səhifəmizdə