Azərbaycan millisi ikinci oyunda da Moldova yığmasına qalib gəlib

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünə çıxıb.

SİA xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Binə stadionunda təşkil olunan oyun Aqil Nəbiyevin başçılıq etdiyi yığmanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Şikar Şikar və Ömər Kosayev vurublar.

Qeyd edək ki, bu komandalar arasında iyunun 19-da keçirilən ilk oyunda isə Azərbaycan millisi 3:2 hesablı qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə