Bakıda vinq çun döyüş sənəti üzrə beynəlxalq seminar keçirilir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin ilk günü dünyanın məşhur döyüş ustalarından biri - əfsanəvi İp Manın tələbəsi, “Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvokun iştirakı ilə yadda qalıb.
Seminar çərçivəsində Heydər Əliyev Mərkəzinin qarşısında açıq hava təlimi keçirilib. Təlimdə iştirakçılar vinq çun döyüş sənətinin əsas texnikaları ilə tanış olublar, onlara bu texnikaların izahı və tətbiqi nümayiş etdirilib.
Qeyd edək ki, seminarın ikinci günü Türkiyədən dəvət olunmuş məhkəmə və kriminal psixologiya üzrə mütəxəssis, yazar, kunq-fu və vinq çun ustası Sifu Murat Kaplanın sessiyası ilə davam edəcək. Təlim zamanı döyüş sənətində psixoloji hazırlığın əhəmiyyəti, stresin idarə olunması və psixoloji dayanıqlığın inkişafı mövzularına xüsusi diqqət yetiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə