Klublararası dünya çempionatı: "Çelsi" uduzub, "Benfika" 6 cavabsız qolla qalib gəlib

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında daha iki oyun keçirilib. SİA xəbər verir ki, D qrupunda İngiltərənin "Çelsi" klubu Braziliya "Flamenqo"su ilə qarşılaşıb. İlk hissə London təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatsa da, fasilədən sonra 3 qol vuran braziliyalılar yekunda inamlı qələbə qazanıblar - 3:1.

Digər matç isə C qrupunda Portuqaliya "Benfika"sı ilə Yeni Zelandiyanın "Oklend Siti" klubu arasında baş tutub. Lissabon klubu rəqibinin qapısından 6 cavabsız top keçirib.

Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə