Bakıda keçiriləcək UFC turnirindən əvvəl MMA döyüşçüləri üz-üzə gəliblər.
SİA xəbər verir ki, tədbir Bakı Kristal Zalında baş tutub. Həmçinin, idmançılar sonuncu dəfə çəkidən də keçiblər.
Turnir iyunun 21-də Kristal Zalda gerçəkləşəcək. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Həmin gecənin ikinci ən vacib döyüşü həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.
Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq şəkildə, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə