Belçikanın "Beersxot" komandası baş məşqçisi Dirk Köytlə yollarını ayırıb.
SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Buna komandanın aşağı liqaya düşməsi səbəb olub.
Qeyd edək ki, Dirk Köyt 2023-cü ilin dekabr ayından "Beersxot”da işləyirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə