Messi baxımlı qolu ilə komandasına qələbə qazandırdı

Klublararası dünya şempionatının A qrupunda 2-ci tur başa çatıb. SİA xəbər verir ki, qarşılaşmada ABŞ təmsilçisi “İnter Mayami” Portuqaliyanın “Porto” klubunu 2:1 hesabı ilə məğlub edib.

Avropa klubu oyunun əvvəlində hesabı açıb. 8-ci dəqiqədə Samuel Aqehova penalti zərbəsini dəqiq yerinə yetirərək “Porto”nu önə keçirib.

“İnter Mayami” isə ikinci hissədə geri dönüşə imza atıb. 47-ci dəqiqədə Telasko Seqoviya tarazlığı bərpa edib. Cəmi 7 dəqiqə sonra isə Lionel Messi cərimə zərbəsindən baxımlı qol vuraraq komandasına qələbə qazandırıb.

Qeyd edək ki, qrupun digər matçında Braziliya “Palmeyras”ı Misir “Əl-Əhli”soni 2:0 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra 4 xalları olan “İnter” və “Palmeyras” şərikli liderdilər. Son turda bu komandalar üz-üzə gələcəklər. “Porto” və “Əl-Əhli”nin isə 1 xalları var.

Bütün xəbərlər Facebook səhifəmizdə