Azərbaycanın basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

14 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atrau şəhərində keçirilən "Airom Cup" beynəlxalq turnirinə qələbə ilə başlayıb. Bu barədə SİA-ya Azərbaycan Basketbol Liqasının mətbuat xidmətindən məlumat verilib.

Polad Həsənovun rəhbərlik etdiyi yığma ilə yanaşı, yarışda Qazaxıstanın "Ayrom", Qırğızıstanın "Edelveys", Gürcüstanın "Kutaisi", Rusiyanın "Devon" və "Axtuba" klubları da mübarizə aparırlar.

Azərbaycan millisi ilk oyununda "Edelveys" ilə qarşılaşıb və rəqibinə 94:13 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, dairəvi sistemlə keçirilən turnirin qalibi iyunun 22-də məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə