ABŞ təmsilçisi "Finiks"də çıxış edən məşhur basketbolçu Kevin Durant klubunu dəyişə bilər. SİA xəbər verir ki, bu barədə insayder Evan Sayder məlumat yayıb.
"Memfis" 36 yaşlı oyunçunu heyətinə cəlb etmək istəyir.
Təcrübəli idmançı ilə "Minnesota", "Toronto" və "Hyuston" da maraqlanır.
Qeyd edək ki, Kevin Durant Milli Basketbol Assosiasiyasında (NBA) 2024/2025 mövsümünün müntəzəm çempionatında 62 oyunda orta hesabla 26,6 xal toplayıb. O, 2012, 2016, 2020 və 2024-cü illərdə ABŞ millisi ilə olimpiya çempionu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə