“Kəpəz” və “Panatinaikos” klublarının rəsmiləri arasında görüş keçirilib

“Kəpəz” və Yunanıstanın “Panatinaikos” klublarının rəsmiləri arasında görüş keçirilib.

SİA xəbər verir ki, Afinada təşkil olunan görüşdə Gəncə təmsilçisinin İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov ilə “Panatinaikos”un strategiya məsləhətçisi Takis Fissas iştirak ediblər.

Tərəflər arasında gələcəkdə məşqçilər, böyüklərdən və aşağı yaş qruplarından ibarət komandaların üzvlərinin təcrübələrinin artırılması istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Yunanıstan millisinin sabiq üzvü Takis Fissas komandası ilə birgə AVRO-2004-ün qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə