Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. SİA-nın məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək. Matçı Belarusdan olan Viktor Şimusik idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə