“Atletiko Madrid” heyətini yeni futbolçu ilə gücləndirib

İspaniyanın “Atletiko Madrid” komandası heyətini yeni futbolçu ilə gücləndirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Madrid təmsilçisi “Barselona”dan ayrılan Kleman Lanqleni transfer edib.

28 yaşlı fransalı müdafiəçi ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb.

O, son mövsümü “Atletiko Madrid”də keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə