Azərbaycan boksçuları Gürcüstanda keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar

Azərbaycanın gənc boksçuları Gürcüstanın Poti şəhərində keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar. SİA xəbər verir ki, Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, millinin heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq) və Məhəmməd Cəfərov (+90 kq) bütün rəqiblərinə qalib gələrək, birinci yeri tutublar.

Yalnız finalda məğlub olan Sübhan Babayevlə (57 kq) Hüseyn Hüseynli (90 kq) gümüş medala yiyələniblər.

Nihat Qasımov (50 kq) və Rza Rzayev (75 kq) isə turniri bürünc mükafatla başa vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə