İspaniya təmsilçisi "Real" (Madrid) 16 yaşlı Abdella Uazanı transfer edəcək. SİA xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mərakeş əsilli niderlandlı yarımmüdafiəçi "Kral klubu"na azad agent kimi keçəcək. İlk vaxtlarda o, paytaxt təmsilçisinin ikinci komandası olan "Kastilya"da çıxış edəcək.
Qeyd edək ki, Abdella Uazan ötən mövsümü "Ayaks"ın (Niderland) gənclərdən ibarət komandasında keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə