AFFA "Araz Saatlı"nın futbolçusunu 4, "Hypers Guba"nın üzvünü 5 oyunluq cəzalandırıb
AFFA Azərbaycan II Liqasında çıxış edən "Araz Saatlı"nın futbolçusunu 4, "Hypers Guba"nın üzvünü isə 5 oyunluq cəzalandırıb. SİA xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Mayın 21-də baş tutan XXVI turun “Araz Saatlı” – “Hypers Guba” oyununun 68-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Rəsul İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Onun klubu 300 manat cərimələnib.
"Hypers Guba"nın futbolçusu Ağabəkir Həşimli isə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurduğuna görə bütün turnirlər daxil olmaqla (pley-off daxil) 5 oyunluq diskvalifikasiya edilib. Quba təmsilçisi həmçinin 300 manat ziyana düşüb.
Bununla yanaşı, stadionun əmlakına dəymiş zərərin “Hypers Guba” tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB