Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 final oyununa çıxacaq
3x3 basketbol üzrə Azərbaycan millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində bu gün 1/4 final oyununa çıxacaq. SİA-nın məlumatına görə, yığma Latviya ilə üz-üzə gələcək.
Qarşılaşma saat 18:15-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün qrup mərhələsində Niderlanda 13:19 hesabı ilə uduzub, Çexiyanın "Praqa" klubuna qalib gəlib - 16:12.
Bütün xəbərlər Facebook səhifəmizdə