İnzagi üçün 100 milyon avroluq təklif

İnzagi üçün 100 milyon avroluq təklif

"İnter”in baş məşqçisi Simone İnzagi Səudiyyə Ərəbistanına yollana bilər. SİA “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “Əl-Hilal” italyan mütəxəssisin xidmətində maraqlıdır. Ərəblər İnzagiyə 2 illik müqavilə üçün 100 milyon avro maaş təklif edib. 49 yaşlı məşqçi qərarını PSJ ilə keçiriləcək Çempionlar Liqası finalından sonra verəcək.

Qeyd edək ki, Simone İnzagi 2021-ci ilin iyulundan “İnter”i çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə