Azərbaycan minifutbol millisi 1/8 finala vəsiqə qazanıb

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.

SIA xəbər verir ki, mundialda üçüncü turun görüşləri keçirilir.

A qrupunda mübarizə aparan Azərbaycan millisi Mavritaniya seçməsi ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil edilən matç yığmanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Mirmehdi Rzayev və Ramiz Çovdarov vurublar.

Beləliklə, Elşad Quliyevin baş məşqçisi olduğu yığma qrupu 7 xalla lider bitirib və 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə