Novak Cokoviç karyerasında 100-cü titulu qazanıb

Serbiyalı tennisçi Novak Cokoviç Cenevrədə keçirilən ATP turnirinin qalibi olub və karyerasının 100-cü titulu qazanıb. SİA xəbər verir ki, məşhur raketka ustası turnirin finalında dünya 6-cısı polşalı peşəkar tennisçi Hubert Hurkaçı 5:7, 7:6, 7:6 hesabı ilə məğlub edib. Bununla da, Cokoviç amerikalı Cimmi Konnors (109) və isveçrəli Rocer Federerdən (103) sonra 100 və ya daha çox kubok qazanan üçüncü tennisçi olub.

37 yaşlı Novak Cokoviç karyerasında 13 müxtəlif il ərzində rekord sayda - 428 həftə ərzində Peşəkar Tennisçilər Assosiasiyası tərəfindən kişilərin təkbətək yarışlarında dünyada 1-ci yeri tutub, 8 dəfə isə ilin sonunda ilk pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə